İsrail raket buraxılması cəhdinə cavab olaraq Qəzzaya zərbələr endirib

2024/09/66e6c-1726403009.jpg
Oxunub: 379     00:15     27 Fevral 2025    
Fələstin radikallarının İsrail ərazisinə doğru raket atmaq cəhdinin uğursuzluğa düçar olmasına cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına hava zərbəsi endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında bizə doğru raket atışı qeydə alınıb və o, Qəzza zolağına düşüb. Bir müddət əvvəl İsrail ordusu mərminin atıldığı əraziyə aviahücum edib”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin