HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək

2025/02/17360-1740197357.jpg
Oxunub: 318     23:43     26 Fevral 2025    
Fələstinin HƏMAS hərəkatı dörd ölü girovun meyitini bu gün baş tutması gözlənilən mübadilədə İsrail tərəfinə təhvil verəcəyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, müvafiq bəyanatı hərəkatın hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə özünün rəsmi teleqram kanalında yayıb.

“İsraillə razılaşmanın bir hissəsi olaraq qərara gəldik ki, axşam Ohad Yaalomi (həm də Fransa vətəndaşlığına malikdir), İshak Alqart, Şlomo Mansur və Tsaxi İdanın meyitlərini qarşı tərəfə təhvil verək”, - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Girov   İsrail  


Bizi "telegram"da izləyin