Livan parlamenti Səlamın rəhbərlik etdiyi kabinetə etimad göstərib

Oxunub: 329     23:07     26 Fevral 2025    
Nəvaf Səlamın rəhbərlik etdiyi xilas və islahat hökuməti Livanın birpalatalı parlamentində etimad səsi qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə hökumət proqramını dəstəkləyən deputatların səsləri hesablandıqdan sonra spiker Nəbih Berri məlumat verib.

“Yeni kabinetə və onun tərkibindəki nazirlərə 128 deputatdan 95-i etimad göstərib”, – o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Parlament  


Bizi "telegram"da izləyin