ABŞ Prezidenti Rusiya ilə bağlı sanksiyaları yumşaltmağı planlaşdırmır

2025/02/1740595709.jpg
Oxunub: 462     22:31     26 Fevral 2025    
Rusiya – Ukrayna münaqişəsinin həlli çərçivəsində ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını təklif etməyi planlaşdırmır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistin Ukrayna üzrə danışıqlarda sanksiyaların yumşaldılması məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı sualına cavab verərkən bildirib.

“Hazırda bu, mümkün olmayacaq”, – o vurğulayıb.

Tramp qeyd edib ki, sanksiyaların ləğvi məsələsini yalnız Rusiya – Ukrayna müharibəsi başa çatdıqdan sonra nəzərdən keçirməyi planlaşdırır: “Əvvəlcə görmək istəyirəm ki, (sülh sazişi – red.) əldə edə biləcəyikmi”, – o söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin