İranla Avropa üçlüyü nümayəndələri yaxın üç həftədə görüşəcək

2025/02/c4dca-1740582366.jpg
Oxunub: 526     00:04     27 Fevral 2025    
Yaxın həftələrdə İran və Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) nümayəndələri arasında danışıqlar baş tutacaq.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, görüş üç həftə ərzində reallaşacaq.

Nazir müavini deyib ki, əvvəlki üç belə tədbir İsveçrənin Cenevrə və ABŞ-nin Nyu-York şəhərlərində keçirilib: “Biz əlaqələrimizi davam etdirməyə razılaşdıq. Bu məsələ vacibdir, sanksiyaların ləğvi, nüvə məsələsi hər iki tərəfin gözləntilərini əhatə edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Avropa  


Bizi "telegram"da izləyin