Rumıniyada prezidentliyə namizəd saxlanılıb

2025/02/67bf0-1740571226.jpg
Oxunub: 444     15:51     26 Fevral 2025    
Rumıniyada prezidentliyə namizəd Kelin Corcesku saxlanılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə xəbəri “agerpress.ro” yazıb.

Onun ölkənin Baş Prokurorluğuna aparıldığı bildirilib.

Ehtimal olunur ki, buna səbəb onun rusmeyilli və Ukraynanın ərazi bütövlüyü əleyhinə olan fikirləridir.

Qeyd edək ki, bir müddət əvvəlki çıxışında K. Corcesku Ukraynanı saxta dövlət adlandıraraq, ərazisinin qonşu ölkələr arasında bölüşdürülməli olduğu barədə bəyanat səsləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Namizəd  


Bizi "telegram"da izləyin