Avropa İttifaqı martın 6-na fövqəladə sammit çağırıb

2024/12/1734604380.jpg
Oxunub: 817     15:35     26 Fevral 2025    
Fransa prezidenti Emmanuel Makron bu gün videokonfrans vasitəsilə Avropa İttifaqı (Aİ) liderlərini ABŞ Prezidenti Donald Trampla apardığı danışıqların nəticələri barədə məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Həmkarları ilə sıx Avropa koordinasiyasında işləməyə davam edən Prezident Makron ABŞ prezidenti Donald Trampla görüşü barədə Aİ liderlərini məlumatlandırıb. Bu, Ukraynaya dəstək və Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarların qəbul ediləcəyi, martın 6-da keçiriləcək Avropa İttifaqının fövqəladə sammitinə hazırlıq baxımından çox faydalıdır", - A.Koşta bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Sammit  


Bizi "telegram"da izləyin