Lavrov: "Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq"

2025/02/1740478465.jpg
Oxunub: 704     14:51     26 Fevral 2025    
Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynada təmas xətti boyunca hərbi əməliyyatlar dayandırılmayacaq: "Bizim Rusiya Federasiyasının konstitusiyasında qeyd olunan ərazilərimiz var".

Lavrov qeyd edib ki, Rusiya Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi variantını nəzərdən keçirmir və bu barədə heç kim Moskvadan soruşmayıb: "Rusiya hesab edir ki, Ukraynaya yenidən silah verilməsini nəzərdə tutan razılaşmalarla getmək olmaz. Avropa açıq şəkildə Ukraynadakı münaqişənin nizsmlanmasını pozmağa çalışır. Biz gözləyirik ki, Avropa Rusiyanın danışıqlara mane olması barədə yalan danışmağı dayandırsın. Qoşun yerləşdirilməsi kimi sadə mexaniki şeylər işləməyəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin