Bir neçə ölkənin maliyyə nazirləri G20-nin iclasında iştirak etməyəcək

2024/11/1731473269.jpg
Oxunub: 410     13:36     26 Fevral 2025    
Bir sıra ölkələrin maliyyə nazirləri bu həftə Cənubi Afrika Respublikasının (CAR) sədrliyi ilə Yohannesburqda keçiriləcək G20 iclasına qatılmayacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən yazıb.

“Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən bəzilərinin maliyyə nazirləri bu həftə CAR-da keçiriləcək G20-nin görüşündə iştirak etməməyi planlaşdırırlar. Bu ölkələr arasında Hindistan, Çin, Braziliya və Meksika da var”, - məlumatda bildirilib.

Nəşrin məlumatına görə, Yaponiyanın maliyyə naziri Katsunobu Kato dövlət büdcəsi ilə bağlı danışıqlarla əlaqədar iclasda iştirak etməyəcək. İqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis də iştirakçılar arasında yer almayacaq. ABŞ-nin maliyyə naziri Skott Bessent isə bu həftə ölkədə qalmaq niyyətində olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G20   İclas  


Bizi "telegram"da izləyin