AEBA-nın iclasında İranın nüvə proqramı ilə bağlı hesabat təqdim olunacaq

2025/02/fc713-1740564387.jpg
Oxunub: 350     13:19     26 Fevral 2025    
Avropa ölkələrinin artan təzyiqləri fonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı geniş hesabatını qurumun növbəti iclasında təqdim edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

"AEBA-nın hesabatı iki hissədən ibarət olacaq. Birinci hissə təftişlərə, ikinci hissə isə İranın Birgə Hərtərəfli Fəaliyyət Planı mövzusuna və BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair 2015-ci il tarixli 2231 saylı qətnaməsinə həsr olunacaq. Üç Avropa ölkəsi təzyiqləri artırıb və agentlik geniş hesabat hazırlayacağını açıqlayıb", - o, hökumətin iclasından sonra bildirib.

M.İslaminin sözlərinə görə, İran ümid edir ki, AEBA hesabatın hazırlanmasına peşəkarlıqla yanaşacaq və “siyasi qərəzdən çəkinəcək. “Agentliklə əməkdaşlığımız davam edir və biz onun nəzarətindəyik”, - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin