İranda “Ceyş-əl-Ədl” qruplaşmasının iki silahlısı öldürülüb
Oxunub: 447
10:49
26 Fevral 2025
İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) ölkənin cənub-şərqində, Sistan və Bəlucistan əyalətində keçirdiyi əməliyyat nəticəsində “Ceyş-əl-Ədl”qruplaşmasının iki silahlısı öldürülüb.
Ordu.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, fevralın 25-də Sepah bu silahlı qruplaşmanın üzvü olmaqda şübhəli bilinən altı nəfəri həbs edib.
Məlumata görə, əməliyyat nəticəsində öldürülənlər İran vətəndaşı deyil.