Rusiyada təyyarə qəzaya uğrayıb - Ölənlər var

2025/02/1740047475.jpg
Oxunub: 494     14:30     20 Fevral 2025    
Rusiyanın Nijeqorod vilayətində kiçik mühərrikli RV-7 təyyarəsi qəzaya uğrayıb.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində iki nəfər olub və heç biri qəzadan sağ çıxmayıb.

Məlumata görə, təyyarə Vostoçnıy aerodromunun yaxınlığında sərt eniş edib və yanmağa başlayıb.

Enişdən dərhal sonra yaralı pilotun təyyarənin yandığı barədə dispetçer qülləsini məlumatlandırdığı bildirilir.

Aviaqəzanın səbəbləri araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin