AEBA baş direktoru Şimali Koreyada mövcudluqlarını vacib hesab edir

2025/02/1740037388.jpg
Oxunub: 377     11:10     20 Fevral 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi təşkilatın ekspertlərinin Şimali Koreyada mövcudluğunun təmin edilməsini zəruri hesab edir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Düşünürəm ki, biz AEBA-nın Şimali Koreyada müəyyən qədər mövcudluğunu bərpa etməyə çalışmalıyıq", - baş direktor qeyd edib.

Onun fikrincə, bu cür qarşılıqlı fəaliyyət nüvə təhlükəsizliyi ilə bağlı ola bilər. Bununla belə, Qrossi etiraf edib ki, “bunu söyləmək etməkdən asandır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   Şimali-Koreya  


Bizi "telegram"da izləyin