Starmer və Makron yaxın vaxtlarda Vaşinqtona səfər edəcəklər

2025/02/1740029467.jpg
Oxunub: 378     09:20     20 Fevral 2025    
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda ABŞ-yə səfər edəcəklər.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Böyük Britaniyanın Baş naziri Kir Starmer tezliklə gələcək. Bəlkə də bazar ertəsi", - D.Tramp Britaniya Baş nazirinin səfər tarixi ilə bağlı suala cavabında bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron da yaxın vaxtlarda ABŞ-yə səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Makron   Vaşinqton  


Bizi "telegram"da izləyin