ABŞ Dövlət Departamenti 6 media orqanına abunəlikləri ləğv edir

2025/01/1737778567.jpg
Oxunub: 381     09:13     20 Fevral 2025    
ABŞ-də prezident Donald Tramp administrasiyasının federal ixtisarları media qurumlarına da təsir edib.

Ordu.az xəbər verir ki, bu haqda “Washington Post“ qəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünyadakı diplomatik nümayəndəliklərdən missiya baxımından o qədər də lazım olmayan media abunələrinin ləğv edilməsi təlimatını verib.

Fevralın 14-də isə Dövlət Departamentinin əməkdaşlarına “The Economist”, “The New York Times“, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters“ kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.

Qeyd olunub ki, departament işçiləri müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Dövlət-Departamenti  


Bizi "telegram"da izləyin