Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Lakin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu məsələ ilə bağlı daha heç bir addım atmayacaqlarını bildirir.
Mitsotakis Fransaya son səfəri zamanı “Meteor” raketinin tərəfdaşı olan Fransadan satışın qarşısını almasını istəyib.
Fransa prezidenti Emmanuel Makron tərəfdaşları arasında Britaniya, Fransa, Almaniya, İtaliya və İsveçin olduğu layihədə bu tələbə “yox” deyib.
Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Makrondan mənfi cavab alan Mitsotakis konsorsiumdakı digər ölkələrə - Britaniya, Almaniya, İtaliya, İspaniya və İsveçə üz tutacaq.
Mövzu ilə bağlı olaraq “Kathimerini” qəzetinin “Meteor” raketi ilə bağlı Makrona nə dediniz?” sualına Mitsotakis belə cavab verib: “Türkiyəyə satılması artıq an məsələsi halına gələn “Meteor” raketlərinin satışının qarşısını almaq üçün heç bir yeni addım atmayacağıq”.
Sevinc Əliyeva
Ordu.az