Türkiyə MSK sədri: “Müdafiə sənayesində müstəqil, güclü və yenilikçi addımlar atmağa davam edin!”

2025/02/1739956744.jpg
Oxunub: 425     11:01     20 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün IDEX və NAVDEX 2025 sərgilərinin ilk günündə Türkiyə müdafiə sənayesinin beynəlxalq arenada gücünü nümayiş etdirdiyini bildirib.

Ordu.az xəbər verir ki, Görgün mühüm təmasların aparıldığını və strateji müqavilələrin imzalandığını vurğulayıb.

Türkiyə MSK IDEX və NAVDEX 2025-in ilk günü ilə bağlı qiymətləndirmə verib.

Görgün sosial media hesabında etdiyi paylaşımda qeyd edib:

“Müdafiə sənayemiz IDEX və NAVDEX 2025-in ilk günündə güclü şəkildə iştirak etdi! Sərgidə iştirak edən yerli və milli şirkətlərimiz qabaqcıl texnologiyaya əsaslanan məhsulları və qlobal işbirlikləri ilə Türkiyənin müdafiə sənayesindəki gücünü bir daha nümayiş etdirdilər.

Bu gün stendimizdə keçirdiyimiz görüşlərdə beynəlxalq əməkdaşlığımızı gücləndirəcək mühüm təmaslar etdik, strateji müqavilələr imzaladıq və müdafiə sənayemizin əldə etdiyi yüksək səviyyəni qürurla nümayiş etdirdik. Sərgidə ölkəmizi təmsil edən bütün şirkətlərə uğurlar arzulayır, innovativ layihələri və üstün imkanları ilə ölkəmizi ən yaxşı şəkildə təmsil etdikləri üçün onlara təşəkkür edirəm.

Müdafiə sənayesində müstəqil, güclü və yenilikçi addımlar atmağa davam edin!”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   NAVDEX-2025  


Bizi "telegram"da izləyin