Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi qlobal miqyasda effektivliyini hər gün artırır.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgidə qiymətləndirmələr aparan Türkiyə MSK sədri Türkiyə şirkətlərinin həm texnoloji, həm də sərfəli həllər təqdim edərək, dünya miqyasında etibarlı bir markaya çevrildiyini bildirib.
“Türkiyə müdafiə sənayesi dünyada əhəmiyyətli bir marka olmağa başlayıb. Müdafiə sənayesi şirkətlərimiz qlobal miqyasda iş aparır. Onlar öz texnologiyaları, sərfəli həlləri, etibarlı yanaşmaları və yeni işlənmiş biznes modelləri ilə dünya reytinqlərində öz yerlərini hər gün möhkəmləndirir və daha da irəliləyirlər”, - deyə Görgün qeyd edib.
Türkiyənin IDEX 2025 sərgisində güclü iştirak nümayiş etdirdiyini deyən Görgün sərgidə ölkənin 93 şirkətinin iştirak etdiyini bildirib.
“Bu günə olan ixrac rəqəmlərimizi yoxladım. Ötən illə müqayisədə tədarüklər 33% artıb. İnanıram ki, bu sərgilər sayəsində həm yeni sazişlər, həm də yeni əməkdaşlıqlar artacaq, bunlar 2025-ci il və sonrakı illərdə ixrac rəqəmlərində öz əksini tapacaq. Ümid edirəm ki, bu, bütün şirkətlərimiz üçün faydalı olacaq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az