Ordu.az xəbər verir ki, “UP INVINCIBLE Cybertruck” adlanan təkmilləşdirilmiş avtomobil müdafiə tərəfdaşı “Archimedes Defence” ilə əməkdaşlıq çərçivəsində “International Golden Group”un (IGG) stendində nümayiş etdirilib.
“Cybertruck”un bu versiyası premium müştərilər üçün nəzərdə tutulsa da, “Unplugged Performance” və onun tərəfdaşları xüsusi təhlükəsizlik proqramları üçün nəzərdə tutulmuş zirehli variant da hazırlayırlar.
Zirehli modeli şirkətin hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar üçün həllər üzərində cəmləşən UP.FIT bölməsi hazırlayır.
UP.FIT bölməsi “Tesla” avtomobillərinin polis, hərbi və taktiki məqsədlər üçün modifikasiyası, onların əməliyyat dayanıqlığı və təhlükəsizliyi üçün uyğunlaşdırılması üzrə ixtisaslaşıb.
“Cybertruck”un zirehli variantı haqqında konkret təfərrüatlar açıqlanmasa da, şirkət avtomobilin müxtəlif təhlükəsizlik və müdafiə rolları üçün universal platforma kimi potensialını vurğulayır.
Sevinc Əliyeva
Ordu.az