Ordu.az xəbər verir ki, 2 inqilabi beşinci nəsil reaktiv təyyarənin rəqabətin kölgəsində yan-yana durduğu bu an aviasiya aləmində unudulmaz iz buraxıb.
Bu hadisələr baş verərkən, ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin ABŞ-yə səfəri zamanı F-35 təyyarələrini təklif edib.
Bu təklif Hindistanın strateji təhlükəsizlik ehtiyaclarını və Çinlə artan gərginliyi nəzərə alaraq, böyük əhəmiyyət kəsb edir. Bununla belə, hadisənin başqa tərəfi də var. Hindistan S-400 Hava Hücumundan Müdafiə (HHM) sisteminə də malikdir.
Məlum olduğu kimi, Tramp Türkiyəni S-400 HHM sistemi aldığı üçün F-35 proqramından çıxarmışdı. İndi Hindistana edilən bu təklif məsələni başqa bir ölçüyə aparır.
Rusiya sərgiyə özünün yeni nəsil döyüş təyyarəsi “Su-57”ni gətirib. Bu arada, təyyarənin ilk xarici istifadəçisi Əlcəzair olacaq. Bu il çatdırılmalara başlanılması planlaşdırılır. Rusiya Hindistan Hərbi Hava Qüvvələrində istifadə edilən “Su-30”ların gələcəkdə “Su-57”lərlə əvəz olunmasını istəyir.
Sevinc Əliyeva
Ordu.az