Qırğızıstanda MSK sədri istefa verib

2025/02/1739194481.jpg
Oxunub: 505     17:27     10 Fevral 2025    
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova istefa verib.

Ordu.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə MSK-nın iclasında bildirib.

Qeyd olunub ki, MSK sədri öz istəyi ilə səlahiyyət müddətinin vaxtından əvvəl başa çatdırılması barədə ərizəsinə baxılmasını xahiş edib. Komissiyanın üzvləri onun qərarını dəstəkləyiblər.

N.Şayldabekova iki dəfə - 2016 və 2021-ci illərdə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   MSK  


Bizi "telegram"da izləyin