İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib

2025/02/1739188529.jpg
Oxunub: 566     15:34     10 Fevral 2025    
ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yoxlama zamanı Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) vəsaitlərinin xərclənməsində pozuntular aşkar edib.

Ordu.az xəbər verir ki, bu barədə idarənin rəhbəri, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"DOGE komandası aşkar edib ki, FEMA ötən həftə qanunsuz miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkun dəbdəbəli hotellərinə 59 milyon dollar yönəldib. Bununla agentlik prezidentin fərmanına tabe olmayaraq qanunu pozub", - o qeyd edib.

Onun sözlərinə görə, bu vəsaitlər təbii fəlakətlər zamanı amerikalılara yardım üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   ABŞ  


Bizi "telegram"da izləyin