Latviya hökuməti vətəndaşlarını Rusiyaya getməməyə çağırıb

2025/02/1739187418.jpg
Oxunub: 471     15:34     10 Fevral 2025    
Latviya DİN rəhbəri Rixards Kozlovskis ölkə vətəndaşlarını Rusiya və Belarusa səyahətdən imtina etməyə çağırıb.

Ordu.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, nazir bildirib ki, vəziyyət gərginləşərsə, rəsmi Riqa bir neçə saat ərzində ölkənin şərq sərhədini tamamilə bağlaya bilər.

“Mən başa düşürəm ki, insanların orada qohumları var, iş-gücü var, amma belə səfərləri minimuma endirmək lazımdır”, - deyə o əlavə edib.

Xatırladaq ki, Latviya bir müddət əvvəl MDB dövlətlərindən olan vətəndaşların, o cümlədən, rusiyalıların üzərinə ölkəyə nə məqsədlə səfər etdiklərini açıqlamaq öhdəliyi qoyub. Yanlış məlumat verməklə və ya məlumatları gizlətməklə bu qaydanı pozanlara 2 min avro məbləğə qədər cərimənin kəsilməsi nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Rusiya  


Bizi "telegram"da izləyin