İranda uçuşlara qadağa qoyulub

2025/01/1738044513.jpg
Oxunub: 500     14:15     10 Fevral 2025    
Fevralın 10-da İranda yüngül mühərrikli təyyarələr və Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuşuna qadağa tətbiq olunub.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, İranda İslam İnqilabının qələbəsinin ildönümü günü ilə əlaqədar istənilən təlim və əyləncə məqsədli yüngül mühərrikli təyyarələr və PUA-ların ölkənin müxtəlif bölgələri, xüsusilə də Tehran şəhərində uçuşu qadağandır. Qadağanı pozanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, İranda bu gün İslam İnqilabının qələbəsinin 46-cı illiyi qeyd edilir və bununla əlaqədar müxtəlif tədbirlər təşkil olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin