Estoniya lideri Avropanı Rusiyaya qarşı ticarət embarqosuna çağırıb

2025/02/1739181560.jpg
Oxunub: 434     13:44     10 Fevral 2025    
Estoniya prezidenti Alar Karis Avropa İttifaqını Moskvadan enerji “müstəqilliyini daha da möhkəmləndirməyə” və Rusiya ilə ticarət əlaqələrini tam olaraq kəsməyin mümkünlüyünü nəzərdə keçirməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu haqda estoniyalı dövlət başçısı “X” sosial şəbəkə hesabında yazıb.

“Avropa İttifaqı öz müstəqilliyini daha da möhkəmləndirməli və Avropa İttifaqına bütün rus enerjidaşıyıcılarının idxalını dayandırmalıdır. Biz hətta Rusiyaya qarşı tam ticarət embarqosunun tətbiqinin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirməliyik”, - Karis yazıb.

Qeyd edək ki, bundan əvvəl fevralın 9-da Latviya prezidenti Edqar Rinkeviç, Litva, Latviya və Estoniyanın Avropanın elekektrik şəbəkə sisteminə qoşulduğunu bəyan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin