Özbəkistan Əfqanıstana məxsus “Black Hawk” helikopterini ABŞ-yə təhvil verib

2025/02/1739175499.jpg
Oxunub: 580     14:21     10 Fevral 2025    
Özbəkistan 2021-ci ildə Əfqanıstandan Özbəkistana qaçırılan 7ədəd “Black Hawk” helikopterini ABŞ-yə təhvil verib.

Ordu.az xəbər verir ki, Əfqanıstan İslam Əmirliyi administrasiyası helikopterlərin Əfqanıstana aid olduğunu bəyan edərək, onların geri qaytarılmasını istəyib.

Helikopterlər 2021-ci ilin avqustunda ABŞ-nin dəstəklədiyi Kabil hökumətinin süqutu zamanı əfqan hərbi qulluqçular tərəfindən Özbəkistana qaçırılıb.

ABŞ-nin Daşkənddəki səfirliyindəki mənbə AFP-yə helikopterlərin təhvil alındığını təsdiqləyib. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri də helikopterlərin təhvil verildiyini bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Əfqanıstan   Black-Hawk   ABŞ  


Bizi "telegram"da izləyin