Ordu.az xəbər verir ki, bu barədə “Ynet News” məlumat yayıb.
İsrail Hərbi Dəniz Qüvvələri, Müdafiə Nazirliyinin Müdafiə Araşdırma və İnkişaf Etdirmə İdarəsi (DDR&D) və İsrail Aerokosmik Sənayesi (IAI) “Gabriel 5” “dəniz-dəniz” raketinin əməliyyat sınağını uğurla həyata keçirib.
Təlim çərçivəsində raket düşmən döyüş gəmisini imitasiya edən hədəf gəmisi istiqamətində buraxılıb, döyüş şəraiti altında aşkarlama, izləmə və nişanalma proseslərini uğurla başa çatdırıb.
Müdafiə rəsmiləri sınağı İsrailin dəniz hücumu imkanlarının gücləndirilməsində mühüm mərhələ kimi qiymətləndiriblər. “Gabriel 5” düşmən gəmilərini dəqiq nişan almağa imkan verən İsrail HDQ-nin ən qabaqcıl dəniz hücum sistemlərindən biridir.
Sevinc Əliyeva
Ordu.az