“Hürjet” səs sürətini belə aşdı

2025/02/1739174979.jpg
Oxunub: 630     13:40     10 Fevral 2025    
2024-cü il oktyabrın 21-də Türkiyənin aviasiya tarixində çox mühüm bir dönüş nöqtəsi əldə edilib.

Ordu.az “Tolgaozbek.com” nəşrinə istinadən xəbər verir ki, TUSAŞ-ın hazırladığı “Hürjet” səs sürətini aşıb.

TUSAŞ həmin şəkli dərc edib.

“Mürted” hava limanından saat 09:45-də havaya qalxan “Hürjet” reaktiv təlim təyyarəsi 38-ci sınaq uçuşunda səs sürətini keçib.

“Hürjet” ilə bağlı tədqiqatlara 2017-ci ilin avqustunda Reaktiv Təlim Təyyarəsi İnkişaf Etdirmə Layihəsi çərçivəsində başlanılıb.

2018-ci ilin aprel ayında konseptual dizaynın və 2019-cu ildə ilkin dizayn fəaliyyətlərinin tamamlandığı layihə çərçivəsində kritik dizayn işləri 2021-ci ilin fevralında yekunlaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   Türkiyə   TUSAŞ  


Bizi "telegram"da izləyin