Ordu.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Yunanıstanın “Kathimerini qəzeti” Afinanın “Piaggio Aerospace” şirkətinin “Baykar”a satılmasından son dərəcə narahat olduğunu və 2020-ci il oktyabrın 11-dən etibarən qüvvədə olan 2019/452 saylı Avropa İttifaqının (Aİ) tənzimləməsinə məhəl qoymadığı iddiası ilə İtaliyaya etiraz edəcəyini yazıb.
“Kathimerini” qeyd edib ki, sözügedən tənzimləmə Aİ-də dövlətin nəzarətində olan şirkətlərin üçüncü ölkə investorlarına satışı halında bütün üzv dövlətlərin məlumatlandırılmasını tələb edir.
Sevinc Əliyeva
Ordu.az