ABŞ İsrailə 7,41 milyard dollarlıq sursat tədarük edəcək

2025/02/1739172368.jpg
Oxunub: 446     14:02     10 Fevral 2025    
İsrailə 20 milyard dollar dəyərində hərbi təchizat satdıqdan sonra ABŞ 7,41 milyard dollarlıq sursat da tədarük edəcək.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) vasitəsilə İsrailə GBU-39/B miniatür bombaları, AGM-114 “Hellfire” raketləri, MK-82 bombaları və müvafiq avadanlıqların təxmini dəyəri 7,41 milyard dollara satışını təsdiqləyib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) 2025-ci il fevalın 7-də Konqresə bu iki mümkün ayrı satış barədə məlumat verən lazımi sertifikatı verib.

Təklif edilən satış tələbindən sonra İsrail “Boeing”, “Rocket Center”, “ATK Tactical Systems”, “L3Harris Fusing and Ordnance Systems” və “McAlester Army Ammunition Plant” ilə müqavilələr bağlaya biləcək.

Bu kontekstdə tədarüklərin 2025-ci ildə başlanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin