Ordu.az xəbər verir ki, Adrai, hücumun baş verdiyi bölgədə “Hizbullah”a məxsus tunelin olduğunu və tuneldə hücum üçün hazırlıq görüldüyünü iddia edib.
Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Bekadakı Kaldus-Seba bölgəsini, əl-Zəkbadakı bir qurum binasını və Sihlet əl-Ma qəsəbəsində bir evi hədəf aldığını açıqlayıb.
Hücumlar nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu nöqtələrdən geri çəkilməsi tələb edilib.
Ordu.az