Ordu.az xəbər verir ki, Merz bunu Almaniya kansleri Olaf Şoltsla seçki debatı zamanı deyib.
"Mən Ukrayna və “Taurus” tədarükləri məsələsində həmişə çox açıq danışmışam. Mən heç vaxt fikrimi dəyişməmişəm. Mən həmişə demişəm ki, qanadlı raketlərin tədarükü Avropa İttifaqında razılaşdırılmalıdır. Amerika tədarük edir, Fransa tədarük edir, Böyük Britaniya tədarük edir. Biz də tədarük etməliyik", - Merz deyib.
Qeyd edək ki, Şolts dəfələrlə 500 km-ə yaxın uçuş məsafəsinə malik “Taurus” raketlərinin Kiyevə ötürülməsi ehtimalını rədd edib. Hökumət başçısı bəyan edib ki, bu cür silah sistemlərinin çatdırılması ciddi eskalasiya riski ilə nəticələnəcək.
Ordu.az