Norveç kəşfiyyatı: Rusiyanın təxribatı ilə üzləşə bilərik

2025/02/1739006383.jpg
Oxunub: 471     10:29     10 Fevral 2025    
Norveçin kəşfiyyat agentliyi Rusiyanın 2025-ci ildə Norveçə təxribata təşkil etməsinin “ehtimal” olduğunu, potensial olaraq enerji infrastrukturunu və ya Ukraynaya göndərilən yardımı hədəfə alacağını bildirib.

Ordu.az xəbər verir ki, Oslo ilə Moskva arasında diplomatik münasibətlər 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan etibarən kəskin şəkildə pisləşib.

Norveçin təhlükəsizlik xidmətinin rəhbəri Bit Qanqas Avropa İttifaqının 2023-cü ilin sonundan etibarən onlarla belə hücuma məruz qalmasına baxmayaraq, onun bölməsinin Skandinaviya ölkəsində Rusiyanın təxribatına dair heç bir sübut tapmadığını deyib.

“Bu cür hərəkətlərin məqsədi Ukraynaya tədarüklərimizi dayandırmaq və ya ictimai rəyə mənfi təsir göstərməkdir”, - deyə Qanqas qeyd edib.

Xatırladaq ki, NATO üzvü Norveç Arktikada Rusiya ilə 198 kilometrlik quru sərhədi, eləcə də Barens dənizində dəniz sərhədini bölüşür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Rusiya  


Bizi "telegram"da izləyin