Ordu.az xəbər verir ki, bunu Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniçki deyib.
Macarıstanın Türkiyə ilə əlaqələrini strateji səviyyəyə qaldırdığını bildirən Bobrovniçki müdafiə sahəsində əməkdaşlığın bu strateji tərəfdaşlığın mühüm tərkib hissəsi olduğuna diqqət çəkib.
O, əlaqələrin sosial müstəvidə də möhkəmləndiyini bildirib.
“Macarıstan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa və Türkiyə ilə çoxşaxəli tərəfdaşlığını daha da dərinləşdirməyə sadiqdir. Türkiyə ilə Macarıstan arasında ikitərəfli təhlükəsizlik siyasəti, enerji, müdafiə sənayesi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi ortaq məqsəddir”, - deyə Bobrovniçki vurğulayıb.
İki ölkənin 2024-cü ildə Türkiyə-Macarıstan Mədəniyyət İlini qeyd etdiyini xatırladan macarıstanlı nazir bu münasibətlə Macarıstan mədəniyyətinin Türkiyədə görünməsinin təmin edildiyini və mədəniyyətdən kənara çıxan ölkələr arasında iqtisadi, siyasi əməkdaşlığın təməlinin qoyulduğunu izah edib.
Sevinc Əliyeva
Ordu.az