Rumıniyalı muzdlular Konqodakı toqquşmalarda daha çox rol oynamağa başlayıblar

2025/02/1738996461.jpg
Oxunub: 612     15:52     10 Fevral 2025    
Rumıniyalı muzdlular Konqo Demokratik Respublikasında baş verən toqquşmalarda daha çox rol oynamağa başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Təhlükəsizlik sahəsində çalışan Nikola Vraçeviç bildirib ki, rumıniyalı muzdlular Konqo Demokratik Respublikasındakı münaqişələrdə daha çox rol oynamağa başlayıblar.

Vraçeviçin sözlərinə görə, rumıniyalı muzdlular faydalı məqsədlər üçün bölgədədirlər, lakin qeyri-sabit coğrafiyada o qədər də uğurlu deyillər.

Xüsusilə son toqquşmalarda Rumıniyanın muzdlu döyüşçü şirkətləri regionda önə çıxıb. Bunlardan biri Fransa Xarici Legionunun keçmiş üzvü Horatiu Potranın rəhbərlik etdiyi Rumıniya Legionerlər və Döyüşçülər Assosiasiyası (RALF) olub.

2022-ci ildən etibarən RALF əsasən Rumıniya ordusundan və xüsusi təyinatlı qüvvələrin veteranlarından ibarət olan 800-ə yaxın şəxsi heyətlə M23 üsyançı qruplaşmasına qarşı Konqo hökumətini dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Konqo  


Bizi "telegram"da izləyin