Yunanıstan snayper tüfənginin tədarükü proqramına rəsmən start verib

2025/02/1738996196.jpg
Oxunub: 449     13:47     10 Fevral 2025    
Yunanıstanın Müdafiə Tədarükü və İnvestisiya Baş İdarəsi (GDAEE) snayper tüfənginin tədarükü proqramına rəsmən start verib.

Ordu.az xəbər verir ki, 03/2020-ci il tarixli tender prosesi başa çatıb və “Sako” şirkətinin istehsalı olan TRG M10 model tüfəngin tədarükü təsdiqlənib.

GDAEE texniki təkliflərin qiymətləndirilməsi prosesini 2024-cü ilin fevral ayında tamamlayıb və “Sako”nun texniki təklifini 99,98% balla qəbul edib.

“Defence Review”in xəbərinə görə, proqram çərçivəsində tender prosesinə IWI (Israel Weapon Industries), “Steel Core Designs”, “Barrett Firearms” və “Sako” şirkətləri qatılıb.

Çərçivə razılaşmasının müddəti 2 il olaraq müəyyən edilib və ümumi dəyəri 6 milyon 124 min avro olaraq açıqlanıb. Bu çərçivədə birinci il üçün 4 milyon 528 min avro, ikinci il üçün isə 1 milyon 595 min avro yuxarı hədd təyin olunub.

Proqram çərçivəsində tədarükçü şirkətdən Yunanıstanda təlim xidmətləri göstərməsi də tələb olunacaq. Bu təlimlər birinci və ikinci mərhələli texniki xidmət əməliyyatlarını, üçüncü və beşinci mərhələ təmir proseslərini əhatə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Snayper   MN  


Bizi "telegram"da izləyin