Ordu.az xəbər verir ki, Bataçi bu yaxınlarda yazdığı məqalədə İtaliya müdafiə şirkəti “Leonardo” ilə Türkiyənin müdafiə sənayesi şirkəti “Baykar” arasında tərəfdaşlıq danışıqlarının yüksək səviyyədə olduğunu bildirib.
“Leonardo” və “Baykar” ortaqlığa doğru irəliləyir” başlıqlı məqaləsində Bataçi iki şirkət arasında danışıqların çox yüksək səviyyədə olduğunu qeyd edərək, ortaq bir işin mümkün olduğunu vurğulayıb.
“BBC Türkçe”yə danışan RID baş redaktoru iki şirkətin əməkdaşlıq edəcəkləri təqdirdə hansı sahələrdə birgə işləyə biləcəyi ilə bağlı qiymətləndirmələr edib.
Bataçi müdafiə sənayesində iki təcrübəli şirkətin ortaqlığının əhəmiyyətli bir sinerji yarada biləcəyini ifadə edib.
“Bunlar bir-birini tamamlayan, biznesləri olan iki şirkətdir. “Baykar” mükəmməl Pilotsuz Uçuş Aparatları (PUA) istehsal etmək qabiliyyətini nümayiş etdirib. “Leonardo”nun PUA sektorunda da təcrübəsi var və onun inkişaf etdirdiyi “Falco” ailəsi əla kommersiya uğurudur”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az