Ordu.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun nəşr orqanı olan “PLA Daily” qəzetində dərc olunan məqalədə Türkiyənin Milli Aviadaşıyıcı Gəmi MUGEM, Milli Sualtı Qayıq MİLDEN və TF-2000 HHM Esminesinin inşasına eyni vaxtda başlaması müzakirə edilib.
Məqalədə vurğulanıb ki, milli müdafiə naziri Yaşar Gülər bu gəmilərin Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməliyyat qabiliyyətini artıracağını bəyan edib.
Məqalədə qeyd edilib ki, Milli Aviadaşıyıcı Gəmi MUGEM Türkiyənin inşa etdiyi üç gəmi arasında ən diqqət çəkənidir.
“Bu nəhəng döyüş gəmisi xidmətə daxil olduqdan sonra Türkiyə qoşa aviadaşıyıcı gəmi parkına malik azsaylı ölkələrdən biri olacaq”, - deyə müəllif yazıb.
Məqalədə böyük aviadaşıyıcı gəminin inşasını “İstanbul” Gəmiqayırma Zavodunun həyata keçirdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az