Macarıstan ordusu 45 ədəd “Lynx” KF41 ZDV-sini təhvil alıb

2025/01/1738224819.jpg
Oxunub: 536     11:35     31 Yanvar 2025    
Macarıstan quru qoşunlarının modernləşdirilməsi proqramı çərçivəsində “Rheinmetall”dan sifariş edilmiş 218 ədəd “Lynx” KF41 Zirehli Döyüş Vasitəsindən (ZDV) ilk 45-ni təhvil alıb.

Ordu.az xəbər verir ki, təhvil verilən ZDV-lərin 25-i Almaniyada, qalan 20-si isə Macarıstanın Zalaeqerseq şəhərindəki yeni istehsalat müəssisəsində istehsal edilib.

Tədarük Macarıstan ordusunun “Leopard” 2A7HU əsas döyüş tankları və “PzH 2000” özüyeriyən haubitsalarını əhatə edən genişmiqyaslı modernləşdirmə işlərinin bir hissəsidir.

BMP-1 kimi sovet dövründən qalma vasitələri əvvəllər istismardan çıxaran Macarıstan müdafiə və sahə əməliyyatlarını gücləndirmək üçün yeni nəsil ZDV-lərə yönəlib.

“Rheinmetall” tərəfindən inkişaf etdirilən “Lynx” ZDV-ləri əvvəlki sistemlərlə müqayisədə daha yaxşı performans təklif edir, üstün qoruma, artan hərəkətlilik və daha dəqiq atəş gücü təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Lynx  


Bizi "telegram"da izləyin