MİLSAR hər zaman missiyaya hazırdır

2025/01/2025--1738224535.jpg
Oxunub: 489     10:17     31 Yanvar 2025    
Sensor sahəsində də fəaliyyət göstərən METEKSAN MİLSAR həlli ilə bağlı sosial media paylaşımı edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.

Paylaşımda aşağıdakı ifadələr yer alıb:

“Bulud üzərində yüksək ayırdetmə qabiliyyətinə malik görüntüləmə imkanı ilə MİLSAR hava platformalarında kəşfiyyat, aşkarlama və müşahidə üçün hər zaman hazırdır.

360° Situasiya Məlumatlılığı
Geniş Ərazi Nəzarəti
Bulud Üzərində Görüntüləmə
Hərəkət Edən Hədəfin Aşkarlanması
Asan İnteqrasiya”.


Sintetik diafraqma və hərəkət edən hədəfi aşkarlama rejimlərinə malik çoxfunksiyalı radar MİLSAR kəşfiyyat, aşkarlama-müşahidə, təzyiq və hücum əməliyyatları üçün hava platformalarında istifadə edilmək məqsədilə nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: METEKSAN   MİLSAR  


Bizi "telegram"da izləyin