İsrailin hava hücumu nəticəsində üç Türkiyə vətəndaşı ölüb

2025/01/1738213094.jpg
Oxunub: 3340     00:46     30 Yanvar 2025    
Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşı İsrailin bölgədə həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, həlak olanların cəsədlərinin qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.

“Vətəndaşlarımızın ölümünə səbəb olan bu qanunsuz hücumu ən sərt şəkildə qınayırıq. Hər fürsətdə vurğuladığımız kimi, İsrail insan həyatını heçə sayan və bölgəmizdə gərginliyi artıran təcavüzkar siyasətinə dərhal son qoymalıdır”, - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Türkiyə  


Bizi "telegram"da izləyin