Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb

2024/10/1730188236.jpg
Oxunub: 485     22:54     29 Yanvar 2025    
Türkiyə Xarici İşlər Nazirliyi İsraili qınayıb.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ankara Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyərkən hava hücumu nəticəsində Türkiyənin üç vətəndaşının öldürülməsinə görə Təl- Əvivi sərt şəkildə tənqid edib.

Bəyanatda vurğulayıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.

Həmçinin bildirilib ki, öldürülən şəxslərin nəşlərinin Türkiyəyə gətirilməsi üçün müvafiq işlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN   İsrail  


Bizi "telegram"da izləyin