İsrail 110 fələstinli məhbusu azad edəcək

2025/01/1737221380.jpg
Oxunub: 530     21:51     29 Yanvar 2025    
İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində həbsxanalarda cəza çəkən 110 fələstinli məhbusu azad edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir.

Bundan əvvəl “HƏMAS” yanvarın 30-da Qəzza zolağında girov saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi azad edəcəyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin