Ordu.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail sabah (30 yanvar) HƏMAS-ın əsirliyindən azad edilməli olan girovların siyahısını alıb”, - bəyanatda deyilir.
Ofisdən əlavə edilib ki, ətraflı informasiya azad edilmiş girovların ailələrinə məlumat verildikdən sonra təqdim olunacaq.
***
Sabah 3 israilli və 5 taylandlı girovluqdan azad ediləcək.
Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
***
İsrail Qəzzada cümə axşamı azad ediləcək üç israilli girovun siyahısını əldə edib.
Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin ofisi məlumat yayıb.
Adların yazılı siyahısı hələ ki dərc olunmayıb.
Bunun sözügedən girovların ailələrinə məlumat verildikdən sonra həyata keçiriləcəyi bildirilib.
Ordu.az