Pentaqon üçün yeni “F-35”lərin tədarükü yenidən təxirə salınıb

2025/01/1738142379.jpg
Oxunub: 376     12:58     29 Yanvar 2025    
Pentaqona tam modernləşdirilmiş beşinci nəsil “F-35” qırıcılarının tədarükü yenidən təxirə salınır.

Ordu.az xəbər verir ki, bu barədə “Defense One” nəşri təyyarədə işləyən “Lockheed Martin” şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb.

"Pentaqonun “F-35” qırıcılarının aviaparkı bu il “TR-3” proqram təminatı ilə tam yenilənmə versiyasını ala bilməyəcək", - nəşrdə qeyd olunub.

“TR-3”ün təkmilləşdirilmiş konfiqurasiyası əvvəlcə 2023-cü ilin yazında hazır olmalı idi, lakin şirkət proqram təminatının hazırlanmasında problemlərlə üzləşib. Ötən il “Lockheed Martin” “TR-3” üzərində işi 2025-ci ilin yazına qədər başa çatdıracağına ümid edirdi, lakin modernləşdirilmiş “F-35”lərin tədarükünün dəqiq tarixləri hələ də açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   F-35  


Bizi "telegram"da izləyin