Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi “Kaan” üçün qiymətləndirmə toplantısı keçirilib

2025/01/1738142309.jpg
Oxunub: 454     13:37     29 Yanvar 2025    
Türkiyənin milli döyüş təyyarəsi “Kaan” üçün mühüm qiymətləndirmə toplantısı keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Hərbi Hava Qüvvələri (HHQ) komandanı General Ziya Camal Kadıoğlu, TUSAŞ rəsmiləri və müdafiə sənayesi nümayəndələri layihənin son vəziyyətini qiymətləndirmək üçün TUSAŞ obyektlərində bir araya gəliblər.

Toplantıda “Kaan” proqramına töhfə verən yerli şirkət rəhbərləri və texniki qruplar da iştirak ediblər.

Toplantıdan sonra verdiyi açıqlamada Görgün Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi “Kaan”ın inkişafına töhfə verən bütün maraqlı tərəflərə təşəkkür edib və layihədə irəliləyişin olduğunu vurğulayıb.

TUSAŞ-ın rəhbərliyi altında inkişaf etdirilən “Kaan” “hava-hava” və “hava-yer” döyüşlərində üstün imkanlara sahib olacaq. O, radara görünməzliyi, qabaqcıl avionik sistemləri və yüksək manevr qabiliyyəti ilə Türkiyənin müdafiə sənayesində əhəmiyyətli bir dönüş nöqtəsi kimi nəzərdən keçirilir.

Türkiyənin yerli müdafiə sənayesi ekosisteminin dəstəyi ilə inkişaf etdirilən “Kaan” Tükiyə HHQ Komandanlığının inventarına daxil olmağa hazırlaşarkən, beynəlxalq arenada diqqəti üzərinə çəkməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaan  


Bizi "telegram"da izləyin