Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Rusiya Federasiyasının Dövlət Suverenliyinin qorunması və daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə Komissiyasının illik hesabatında bildirilib.
Qeyd olunub ki, qərb 2026-cı il Dövlət Dumasına seçkilərə, o cümlədən informasiya hücumlarından istifadə etməklə müdaxilə etməyə hazırlaşır.
"Xarici kəşfiyyat xidmətləri milli və dini faktorlardan istifadə edərək Rusiyada sabitliyi pozmağa çalışır. Bu işə onların nəzarətində olan QHT-lər, həmçinin NATO ölkələrinin ixtisaslaşmış təşkilatlarının əməkdaşları cəlb olunub.
NATO strukturları Rusiya Federasiyası daxilində Rusiya əleyhinə layihələrin icraçılarını axtarır, adambaşına 25 min avroya qədər qrant təklif edir", deyə hesabatda bildirilib.
Ordu.az