Ordu.az xəbər verir ki, bu barədə Honduras Prezidenti Siomara Kastro sosial şəbəkələrdə məlumat yayıb.
"Mən yeni yaradılmış miqrasiya məsələləri üzrə idarəetmə komitəsinə 72 saat ərzində ABŞ-nin cənub və Meksikanın şimal sərhədində miqrantların vəziyyətini yoxlamaq üçün texniki missiya həyata keçirməyi tapşırdım", - o qeyd edib.
Onun sözlərinə görə, radikal miqrasiya siyasəti fonunda Honduras "qarşılıqlılıq və hörmət siyasətinin hər iki ölkənin xalqlarının rifahı naminə təsdiqlənməsi" üçün ABŞ ilə sıx dialoqu dəstəkləməyə hazırdır.
Ordu.az