İsrail HAMAS-a dəstək olan 12 nəfəri həbs edib

2025/01/1738138697.jpg
Oxunub: 401     12:14     29 Yanvar 2025    
İsrail polisi HAMAS-a dəstək olan 12 nəfəri həbs edib.

Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, onlar Fələstinin Kfar Aqab kəndində azad olunan HAMAS nümayəndələrinə dəstək şüarları səsləndirdiyi və üzərlərində silah, partlayıcı maddə gəzdirdikləri, HAMAS bayrağını dalğalandırdıqları, havaya atəş açdıqları üçün saxlanılıblar.

Həmçinin, şübhəlilərin üzərində HAMAS terror qruplaşmasının bayrağı, dini bannerlər, silah-sursat və külli miqdarda pul aşkar olunub.

Hadisə ilə bağlı Yerusəlim Polisi tərəfindən araşdırma başladılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HAMAS  


Bizi "telegram"da izləyin