Ordu.az xəbər verir ki, Özbəkistan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Anka” zərbə PUA-sının yeni müştərisi olub.
“Anka”nın tədarükü üçün TUSAŞ ilə müqavilə imzalayan Özbəkistana tədarüklərin tezliklə başlaması gözlənilir.
Beləliklə, TUSAŞ indiyədək “Anka”nı 7 ölkəyə, “Aksungur” zərbə PUA-sını isə 4 ölkəyə ixrac edib. “Anka”ya üstünlük verən ölkələr arasında Əlcəzair, Qazaxıstan, Tunis, Malayziya, İndoneziya və Çad var.
Digər tərəfdən isə Türkiyədə “Anka” və “Aksungur” Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və bəzi xüsusi təyinatlılar tərəfindən aktiv şəkildə istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az